<stringname="app_description">Pulsuz proksi tətbiqetməsi olan Orbot başqa tətbiqetmələrə internetdən daha təhlükəsiz istifadə etmək imkanı verir. Orbot sizin internet trafikinizi şifrələmək üçün Tordan istifadə edir və dünyanın hər yerində kompüterlərin birindən o birinə sıçramaqla bunu gizlədir. Tor pulsuz proqram təminatıdır, eyni zamanda sizin şəxsi azadlığınız və təhlükəsizliyinizə, gizli biznes fəaliyyəti və əlaqələrə, o cümlədən trafik analiz adlanan dövlət təhlükəsizliyinə xələl gətirə biləcək şəbəkə nəzarəti formalarından müdafiə olunmağa yardım edən açıq şəbəkədir.</string>